Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb - FOTO

29.05.2020 09:41

28 May - Respublika Günü münasibətilə Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında Azərbaycan bayrağı əks olunub.

Bu barədə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli "Twitter" səhifəsində bildirib.

"Tallin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir. Bu münasibətlə şəhərin əsas meydanı olan Azadlıq meydanı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu vacib günü bizimlə qeyd etdiyi üçün Tallinə təşəkkür edirəm", - deyə səfir qeyd edib.

© xezerxeber.az

FOTOQALERIYA






129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR