Tramp kosmonavtları izləyəcək - NASA-dan yeni layihə

23.05.2020 15:43

ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) 10 ildən sonra Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən beynəlxalq kosmik stansiyasına kosmonavt göndərmək üçün son yoxlamaları keçirib və kosmonavtların uçuşa hazır olduğunu elan edib.

NASA və SpaceX şirkətinin rəsmiləri gələn həftə Floridadan kosmosa iki kosmonavt göndərməyi planlayır.

NASA-nın menceri bildirib ki, raket kosmosa uçmağa hazır durumdadır. NASA-nın SpaceX Crev Drakon missiyası uçuşa hazırdır.

NASA kosmosa kosmonavtlarını mayın 27-də göndərəcək. ABŞ Prezidenti Tramp da bu hadisəni izləyənlər arasında olacaq./teleqraf

© xezerxeber.az


260 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR