ÜST bəyan etdi - 900 milyon pul lazımdır

23.05.2020 13:22

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun ortaya çıxmasından bəri dayanmadan, gecə-gündüz işləyib. 194 ölkəyə virusun təkamülü ilə bağlı bilgi yollayıb, texniki məsləhətçilik edib. Hər cür qaynaqları səfərbər edib.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, bu günə qədər COVİD-19 proqramlarına ÜST tərəfindən 800 milyon dollar vəsait xərclənib. Amma daha 900 milyon dollardan çox maliyyəyə ehtiyac var.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 100 illiyi münasibətilə İsveçrənin Cenevrə şəhərindəki qərargahında video-konfrans yolu ilə toplantı təşkil olunub. İclasa qatılan Birləşmiş Millətlər Təşkilatına üzv 194 ölkə ÜST-ün koronavirus pandemiyasını idarə etməsi, virusun qaynağı və insandan insana necə yoluxması mövzularında beynəlxalq müstəqil istintaq açılması barədə razılaşıb. Sözgedən istintaqın məqsədinin bəznər pandemiyaların yaranması riskini azaltmaq olduğu ifadə edilib.

© xezerxeber.az


398 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR