Peyvənd istənilən effekti verdi

22.05.2020 14:09

Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleyaadına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin işçilərinin COVID-19-a qarşı sınaqdan keçirdikləri peyvənd uğurlu nəticə verib.

"İnterfaks” xəbər verir ki, mərkəzin direktoru, akademik Aleksandr Gintsburq peyvəndin effektli olduğunu, mənfi təsirlərinin aşkarlanmadığını bildirib.

"Hər kəs sağ-salamat və xoşbəxtdir”, - deyəalim əlavə edib.

Peyvəndi öz üzərində tətbiq edən həmkarların sayı açıqlanmayıb.

Onların mərkəzin işçiləri - tərtibatçılar, preklinik tədqiqatların təşkilatçıları və texnoloqlar olduğu qeyd edilir.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR