Koronavirusla mübarizədə istifadə olunan məhsulları qanunsuz istehsal edənlər həbs olunub

09.04.2020 14:43

Türkiyənin hüquq-mühafizə orqanları bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirusdan (COVID-19) bəhrələnməyə çalışanlara qarşı geniş mübarizə tədbirləri həyata keçirir.

Tibbi maska, dezinfeksiya məhsullarının və digər ləvazimatların qanunsuz istehsalı ilə məşğul olar işbazlara qarşı keçirilən 288 əməliyyat 65 vilayəti əhatə edib. Nəticəsində 462 nəfər saxlanılıb. İstintaq gedir. Qanunsuz fəaliyyət göstərən sexlərdə istehsal olunmuş məhsulların müsadirəsi həyata keçirilib.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR