Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı

04.04.2020 09:35

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə təcili yardım proqramının direktoru Maykl Rayanhava yolu ilə koronavirusun yoluxma ehtimalı barədə danışıb.

"RİA Novosti” xəbər verir ki, Rayan virusun hava ilə ötürülə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Sinqapur alimləri infeksiya hallarının təxminən altıfaizinin virusun simtomsuz daşıyıcılarından qaynaqlandığı qənaətinə gəliblər.

Rayan deyib ki, ancaq bu vəziyyətdəhələ də pandemiyanın hərəkətverici qüvvəsinin asqırmaq, öskürmək və ya yoluxmuş səthlərolduğuna inanırıq.

ÜST nümayəndəsi, eyni zamandatəşkilatın mütəxəssislər qrupunun sağlam insanların qoruyucu maskalardan istifadə etməsinin effektivliyini qiymətləndirmək üçün bütün mümkün materialları öyrəndiyini də bildirib.

"Bununla yanaşı, həkimlər və tibb işçiləri üçün cərrahi və xüsusi tibbi maskaların istifadəsi prioritet olaraq qalır”, - deyə əlavə edib.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR