6 tibb işçisi koronavirusun qurbanı oldu - hamısı müsəlmandır

03.04.2020 21:06

Böyük Britaniyada koronavirus səbəbilə dünyasını dəyişənlər arasında həkim və tibb bacıları da var.

Ölkənin Qərbi Midlend bölgəsindəki Ualsall Manor Xəstəxanasının tibb bacısı 36 yaşlı Arema Nəsrin infeksiyaya yoluxaraq dünyasını dəyişib. 3 uşaq anası Nəsrin reanimasiyaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bununla da koronavirusdan ölən tibb işçilərinin sayı 6-ya çatıb. Onların hamısının müsəlman olduğu bildirilir.

Britaniyadakı müsəlmanların qurduğu "Kordoba" qeyri-hökumət təşkilatının rəhbəri Enes əl-Tikriti verdiyi açıqlamada müsəlmanların fədakarlığına diqqət çəkib.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR