Rusiya Prezidenti Vladimir Putin aprelin 2-də xalqa növbəti dəfə müraciətlə çıxış edib.
Xezerxeber.az xəbər verir ki, Rusiya dövlətinin başçısı həm dünyada, həm də Rusiyada koronavirus epidemiyasının pik nöqtəyə çatmadığını vurğulayıb. O, Moskvada koronavirusla bağlı vəziyyətin yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib.
Prezident Vladimir Putin ölkədə əməkhaqqı saxlanmaqla qeyri-iş həftəsinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam verib. Eyni zamanda, o, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib.
Rusiya dövlətinin başçısı vurğulayıb ki, iş yerlərinin və əhalinin gəlirlərinin saxlanması hökumətin prioritet məsələlərindəndir.
© xezerxeber.azŞagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək - VİDEO
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
Prezident və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB