Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb

02.04.2020 19:58

Rusiya Prezidenti Vladimir Putin koronavirus epidemiyası səbəbindən ölkədə qeyri-iş günlərinin aprelin sonuna qədər uzadıldığını elan edib.

Xezerxeber.az bu barədə TASS informasiya agentliyinə istinadla xəbər verir.

"Virusoloqların fikrincə, dünyada, həmçinin ölkəmizdə epidemiyanın pik dövrü hələ ki, başa çatmayıb. Bu səbəbdən qeyri-iş günlərinin müddətini ayın sonuna qədər uzatmaq barədə qərar qəbul etmişəm”, - deyə dövlət başçısı vətəndaşlara müraciətində bildirib. Vladimir Putin qeyri-iş günlərində maaşların ödəniləcəyini xüsusilə vurğulayıb.

Bununla yanaşı, Rusiya Prezidenti koronavirusla bağlı vəziyyətin yaxşıya doğru dəyişəcəyi təqdirdə qeyri-iş günlərinin müddətinin azaldılacağını da istisna etməyib.

Qeyd edək ki, son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 3 min 548 nəfərə, ölənlərin sayı isə 30 nəfərə çatıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR