Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb

02.04.2020 18:49

Türkiyənin Hatay bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, vilayətin İskəndərun rayonu ərazisində ağır tonnajlı yük maşını polis-yoxlama məntəqəsindəki maşınlara çırpılıb. Nəticədə beş nəfər ölüb, on beş nəfər yaralanıb. Bildirilir ki, hadisəyə səbəb yük maşının təkərinin partlaması olub.

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR