Fransada izolyasiya rejiminin pozulmasına görə 359 minədək cərimə yazılıb

01.04.2020 14:25

Fransa ərazisində koronavirus səbəbindən hərəkətə məhdudiyyətin qüvvəyə mindiyi iki həftə ərzində polis 359 minədək cərimə yazılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Kristof Kastaner LCI telekanalına müsahibəsində deyib. Nazirin sözlərinə görə, martın 17-dən bu yana Fransada hərəkətin məhdudlaşdırılması qaydalarının pozulmasına görə 359 min cərimə yazılıb. Polis və jandarma ümumilikdə 5,8 milyon yoxlama keçirib.

Fransada hərəkətə məhdudiyyətlər üzrə cərimənin məbləği 135 avrodan 30 gün ərzində üçqat pozuntuya görə 3750 avroya qədər dəyişir.

Qeyd edək ki, Fransada koronavirus epidemiyası üçüncü səviyyəyə çatıb. Hakimiyyətin qərarına əsasən, ölkə ərazisində kafe, restoran, kinoteatr və qeyri-ərzaq mağazaları bağlanıb. Martın 17-dən insanların hərəkətinə sərt məhdudiyyətlər qoyulub. Baş Nazir Eduar Filipp izolyasiya rejiminin aprelin 15-dək uzadılacağını bildirib.

Son məlumata əsasən, Fransada koronavirusa yoluxanların sayı 52128 nəfərə, ölənlərin sayı isə 3523 nəfərə çatıb.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR