Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İspaniya COVID-19 pandemiyası ilə mübarizədə "stabilləşmə fazası"na daxil olub

01.04.2020 14:14

İspaniyanın Səhiyyə naziri Salvador İlla ölkənin COVID-19 pandemiyası ilə mübarizədə "stabilləşmə fazası"na daxil olduğunu təsdiqləyib.

Nazir son göstəriciləri sadalayaraq martın 15-dən 25-dək olan dövrdə təsdiqlənmiş yoluxma hallarının gündəlik artımının 20 faiz təşkil etdiyini və hazırda 12 faizə bərabər olduğunu vurğulayıb. "Görülən tədbirlər öz nəticəsini verir və bu həftənin hədəfi azaltmanı davam etdirməkdir", - deyə S.İlla bildirib.

Qeyd edək ki, indiyədək İspaniyada 94417 nəfər COVID-19 virusuna yoluxub, 19259 nəfər bu xəstəlikdən sağalıb, 8189 nəfər isə yoluxma nəticəsində dünyasını dəyişib.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR