Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı

30.03.2020 17:09

"Yaya qədər əhalini qorumaq üçün tədbirlər görülməzsə, koronavirus pandemiyası geri dönə, izolyasiyanın ləğvi ilə yeni dalğa yarana bilər”.

Rusiya mətbuatı xəbər verir ki, bu fikri serbiyalı epidemioloq, doktor Zoran Radovanoviç "RİA Novosti”yə açıqlamasında deyib. O, hesab edir ki, fərqli dövlətlərdə görülən məhdudlaşdırıcı tədbirlər yoluxma hallarının və ölənlərin sayının azalmasına kömək edəcək.

"Vaxtında tədbir görülməsəydi, bir çox ölkədə virusa yoluxanların sayı daha çox ola bilərdi. Sosial məsafə, təcrid və xəstələrlə təmasda olanların axtarışı səhiyyə sisteminin hazırlıqlı olmasına xidmət edir. Beləliklə, bütün ağır xəstələr mexaniki ventilyasiya aparatlarına və reanimasiya şöbələrinə aparıla bilər. Əks təqdirdə hazırda xəstələr xəstəxana dəhlizi boyu uzanardı” deyə ekspert qeyd edib.

Epidemioloq əmindir ki, pandemiyanı dayandırmaq tamamilə mümkün deyil, ancaq onu ləngitmək olar. O etiraf edir ki, koronavirusdan ölənlərin sayının azalması ilə ölkələr məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlaya bilər. Lakin Radovanoviç yumşaldıcı qərarların payızda yeni pandemiya sürətinə səbəb olacağını istisna etmir.

O, Qərbi Balkanlarda izolyasiyanın aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır: "Sonra dövlətlər sayıqlığını itirə bilər. Bu vəziyyətdə pandemiyanın may-iyun aylarında yenidən yüksələcəyini və ya payıza qədər təxirə salınacağını söyləmək çətindir. Məsələn, SARS epidemiyası 2003-cü ilin iyul ayına qədər davam etdi, lakin yeni tip koronavirusda da eyni halın baş verə biləcəyi dəqiq deyil” deyə ekspert sözlərinə əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyası kontekstində mart ayında Qərbi Balkanların hökumətləri vətəndaşların hərəkətini məhdudlaşdırdı, işçilərin əksəriyyəti evdən işləməyə başladı. Eləcə də beynəlxalq və nəqliyyat əlaqələri dayandırıldı.

Publika.az

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR