Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”

30.03.2020 16:51

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio bildirib ki, koronavirusla mübarizə üçün lazım olan dərman və tibbi vasitələr yalnız bu həftənin sonuna qədər çatacaq. Mer süni ağciyər ventilyasiyası cihazının çatışmazlığından da şikayət edib.

Bu barədə CNN xəbər verib.

O, tezliklə şəhər xəstəxanalarının bir neçə yüz ədəd süni tənəffüs aparatı ilə təmin edilməli olduğunusöyləyib.

Mer virusla mübarizə üçün xəstəxanalarda tibbi heyətin kifayət qədər olmadığından da gileylənib.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR