Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb

29.03.2020 21:57

Son 24 saat ərzində Türkiyədə koronavirusdan daha 23 nəfər ölüb. Bununla ölkədə xəstəlikdən dünyasını dəyişənlərin sayı 131-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu müddət ərzində 9982 nəfər test olunub, onlardan 1815-də koronavirus aşkarlanıb. Hazırda ölkədə ümumi xəstələrin sayı 9217 nəfərdir. Onlardan 35 nəfər sağalıb. Bununla da Türkiyədə koronovirusdan müalicə olunanların sayı 105-ə çatıb.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR