İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

29.03.2020 09:49

İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 72 min 248 nəfərə çatdığını bildirib. Ölənlərin ümumi sayının isə 5 min 690 olduğu göstərilir. 

Xezerxeber.az xəbər verir ki, son 24 saatda yeni yoluxanların sayı 8 min189, ölənlərin sayı isə 832 nəfərdir.

Məlumatda qeyd olunur ki, hazırda reanimasiya şöbəsində 4 min 575 pasiyent müalicə alır. COVID-19 virusundan sağalan insanların sayı ölənlərin sayından iki dəfəyə qədər artıqdır -12 min 285 nəfər.

Qeyd edək ki, epidemiyanın başlandığı gündən Madrid şəhərində ölənlərin sayı 345 nəfərə çatıb, bu da bütün ölkə boyu ölüm hallarının təqribən yarısını təşkil edir.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR