İspaniyada COVID-19 koronavirusu qurbanlarının sayı 4 min nəfəri ötüb, ötən sutka ərzində 655 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Martın 26-na olan məlumata görə, aşkar edilən yoluxma halları 56 min 188-ə çatıb. Ötən gün daha 8,5 min nəfərə COVID-19 diaqnozu qoyulub, həyatını itirənlərin ümumi sayı 4089 nəfərə çatıb. 3,7 min pasiyentin vəziyyəti ağırdır, 7 mindən bir qədər çox xəstə isə sağalıb.
Hazırda ən ağır vəziyyət paytaxt Madriddə müşahidə olunur (17 mindən çox yoluxma və 2 mindən çox ölüm halı). Kataloniyada da vəziyyət pisləşir. Burada 11,5 min xəstə və 672 ölüm faktı qeydə alınıb.
Aşkarlanan yoluxma hallarının və ölənlərin sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir. İspaniyanın hakimiyyət orqanları martın 14-dən 15 günlük yüksək hazırlıq rejimi tətbiq edib. Ölkə parlamenti martın 26-da bu rejimi aprelin 11-dək uzadıb.
© xezerxeber.azİki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
İki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB