Ermənistanda məktəblilər və hərbçilər koronavirusa pandemiyasına yoluxub.
Xezerxeber.az-ın aysor.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.
"Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur”, - deyə Səhiyyə naziri vurğulayıb.
O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.
Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan bildirib ki, üç hərbçidə koronavirus aşkarlanıb.
© xezerxeber.azYellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edilib
Baş Prokurorluq Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb
Peyvənd olunmayan şəxs səyahət zamanı məhdudiyyətlə üzləşə bilər
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB