Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Polşa Norveç üçün hazırlanan dezinfeksiya vasitələrinin daşınmasına qadağa qoyub

26.03.2020 09:51

Polşa hökuməti ölkə ərazisində yerləşən və dezinfeksiya vasitələri istehsal edən Norveç şirkətinə məxsus "Norenco” zavodunda hazırlanmış külli miqdarda tibbi vasitənin daşınmasına qadağa qoyub.

Polşa qadağanı həmin vasitələrin ölkədəki xəstəxanalara da lazım olması və əvvəlcə yerli ehtiyacı ödəməyin vacibliyi ilə izah edib.

Norveçin "Norenco” şirkəti Polşadakı zavodunda əlləri dezinfeksiya etmək üçün gel istehsal edərək qablaşdırır. Ötən həftənin sonunda istehsal qəflətən dayandırılıb. Polşa hökuməti də indiyədək hazırlanmış və zavodun anbarlarına toplanmış məhsulun ixracına icazə verməyib. Zavod rəhbərliyinə məhsulun Lyublindəki xəstəxanalara satılması barədə rəsmi məktub göndərilib. Məktubda qadağaya səbəb kimi koronavirusla əlaqədar Polşada fövqəladə vəziyyətin elan olunması barədə qərar göstərilib.

"Norenco” şirkəti isə istehsal edilmiş 40 min litr vasitəni bu həftə Norveç xəstəxanalarına göndərməli idi. Şirkət indiyədək Polşa bazarına xeyli məhsul çıxarıb. Son hazırlanmış məhsul isə Norveç üçün nəzərdə tutulubmuş.

© xezerxeber.az


62 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR