Rusiyaya məxsus "Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.
Xezerxeber.az TASS agentliyinə istinadla bildirir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən "Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.
İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən "An-26” təyyarəsi və "Mi-8” helikopteri cəlb olunub.
Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.
© xezerxeber.az"Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək istəyirik"
Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək istəyirik"
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB