Səhiyyə naziri: Türkiyədə koronavirusa yoluxan iki ağır xəstə sağalıb

25.03.2020 21:45

Yeni növ koronavirusa (COVID-19) yoluxub Türkiyədə müalicə olunan ağır xəstələrdən ikisi sağalıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Sağalan xəstələrin yaşlarının 60-dan yuxarı olduğunu ifadə edən nazir bildirib ki, ağır vəziyyətdə olan daha 26 şəxsin vəziyyətində yaxşılaşma var. Bundan başqa, virusa yoluxanlardan 136 xəstənin vəziyyəti ağırdır.

Nazir qeyd edib ki, Türkiyədə koronavirusa yoluxma nəticəsində daha 7 nəfər dünyasını dəyişib, ümumilikdə ölənlərin sayı 51 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son gün ərzində daha 343 nəfərin koronavirus testi pozitiv çıxıb. Bununla da ümumilikdə yoluxanların sayı 2215 nəfərə çatıb.

Nazir tövsiyə edib ki, sağlığa qovuşan hər iki xəstənin bir müddət evlərində özlərini təcrid etmələri daha münasib olardı. Ümumiyyətlə, koronavirusa qarşı mübarizənin əsasında yoluxma riskini azaltmaq dayanır.

© xezerxeber.az

FOTOQALERIYA






230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR