Daha üç terrorçu Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub

19.03.2020 14:06

Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatlarının sıralarından qaçaraq təslim olanların sayı artmaqda davam edir. İraqın şimalındakı düşərgədən iki, Suriyadan isə bir terrorçu qaçaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə sığınıb.

Xezerxeber.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, İraqdan qaçan iki PKK terrorçusu Silopidə, Suriyanın şimalından qaçan bir PKK/YPG mənsublu terrorçu isə Nusaybində təslim olub.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR