Koronavirus İsrail və Fələstini barışdırdı

19.03.2020 12:56

İsrail və Fələstin koronavirusa görə barışıblar.

Bu məlumatı "Yerusəlim Post” qəzeti yayıb. Qəzet tərəflərin koronavirusla mübarizə üçün ümumi qərargah yaratmaq barədə razılaşdıqlarını bildirib.

"Sərt tədbirlər görmək və yüksək səviyyədə əməkdaşlıq lazımdır ki, virusun yayılmasının qarşısı alınsın”, - deyə qəzetə Fələstin hökumətinin adının açıqlanmasını istəmədiyi nümayəndəsi söyləyib.

Qəzetin mənbəsi İsrailin artıq Fələstinə koronavirusu müəyyən etmək üçün 200 test göndərdiyini açıqlayıb. Bununla bərabər, koronavirusa yoluxduğu güman edilən ərəblər İsrail xəstəxanalarına yerləşdirilib./axar.az

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR