Rus rublu dünyanın ən qeyri-stabil ikinci valyutası oldu

19.03.2020 12:29

Rusiya rublu koronavirus pandemiyası və "OPEK+” razılaşmasının dağılması fonunda ABŞ dollarına münasibətdə dünyanın ikinci ən dəyişkən valyutası seçilib.

Bu məlumatı "Blumberq” agentliyi yayıb.

Məlumata görə, hazırda rus rublunun volatilliyi 24,9% təşkil edir. O bu göstəriciyə görə yalnız Meksika pesosuna (26,5%) uduzub.

Qeyd edək ki, "OPEK+” razılaşması çökənə qədər rubl bu siyahıda 4-cü yerdə olub./axar.az

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR