Beynəlxalq uçuşlar dayandırılır - Mayın 31-nə qədər...

19.03.2020 11:51

Avstraliyanın "Qantas” və "Jetstar” milli hava yolları şirkətləri beynəlxalq uçuşları dayandıracaq.

Şirkətlər martın sonundan mayın 31-nə qədər ölkələrarası reysləri təxirə salacaq.

Məlumata görə, qərar ölkənin Baş naziri Skott Morrisonun yeni tip koronavirusla (Kovid-19) mübarizə tədbirləri çərçivəsində qəbul edilib. Xaricdə olan avstraliyalıların ölkəyə gələ bilməsi üçün uçuşların dayandırılması qərarı ayın sonunda qüvvəyə minəcək. Bu müddət ərzində şrikətlərin işçilərinə ödənişli məzuniyyət veriləcək.

Qeyd edək ki, Avstraliyada 636 nəfər koronavirusa yoluxub. 6 nəfər dünyasını dəyişib./publika.az

© xezerxeber.az


558 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR