Çindən İNANILMAZ KORONAVİRUS preparatı - 15 dəqiqə ərzində...

19.03.2020 09:56

Çinin İstanbuldakı konsulu Cui Vey ölkəsinin koronavirusla bağlı mübarizə üsulları barədə açıqlamalar verib.

O bildirib ki, epidemiyanın ilk günlərində virus ciddi fəsadlar törətsə də, hökumətin tədbirləri nəticəsində vəziyyət nəzarət altına alınıb. Diplomatın sözlərinə görə, hazırda Çin alimləri 15 dəqiqədə insanda virusun olub-olmaması barədə məlumat verəcək preparat üzərində işləyir. Preparat test mərhələsindədir. Koronavirusa qarşı peyvəndin hazırlanmasında ciddi uğurlar əldə edildiyini deyən diplomat, yaxın həftələrdə bununla bağlı yekun nəticə olacağını ifadə edib.

Diplomat Çindəki koronavirus xəstələrindən 70 min nəfərin ənənəvi tibb üsulları ilə sağaldığını qeyd edib. O əlavə edib ki, "Favipiravir” dərmanı da virusla mübarizədə effektli nəticə verir./publika.az

© xezerxeber.az


685 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR