Çindən ŞAD XƏBƏR: yeni koronavirus faktı aşkarlanmadı

19.03.2020 09:31

Çində son 24 saat ərzində ilk dəfə ölkədaxili qaynaqlı yeni tip koronavirus faktı aşkarlanmayıb.

Bu barədə ölkənin "Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, Milli Səhiyyə Komissiyası ölkədə ötən gün müəyyən edilən 34COVID 19 faktının hamısı xarici ölkələrdən gələn vətəndaşlarda olub (idxal xəstəlik). Bununla da idxal xəstələrin sayı 189-a çatıb.

Qeyd edək ki, yeni tip koronavirus 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxıb. Dünya miqyasında 200 minə yaxın insan bu xəstəliyin daşıyıcısı olub./publika.az

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR