Tramp inad edir: “Çin virusu”dur, vəssalam!

18.03.2020 17:05

ABŞ Prezidenti Donald Tramp ona ünvanlanan irqçilik tənqidlərinə baxmayaraq, koronavirusu "Çin virusu” adlandırmağa davam edib.

ABŞ lideri Ağ Evdə keçirilən mətbuat konfransında pandemiyanın Çindən yayıldığını bir daha deyib.

"Çin iddia edir ki, virusu onların ölkəsində yayan ABŞ ordusudur. Bu, qətiyyən doğru deyil. Mən də virusun yayıldığı yerə əsasən adını qoymuşam. Bu virus Çindən yayıldı. Buna görə düşünürəm ki, bu, çox düzgün bir termindir”, - Tramp bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri koronavirusu (Covid-19) "Çin virusu” adlandırmışdı. Trampın bu ifadəsi ABŞ ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Həmçinin Çin bu adlandırmaya etiraz etmişdi./axar.az

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR