7 dövlətdən koronavirusla bağlı çağırış: “Müharibəni dayandırın”

18.03.2020 16:52

ABŞ-ın Liviyadakı səfirliyi fərqli ölkələrdə koronavirus pandemiyası səbəbindən Liviyada müharibə aparan tərəflərə atəşkəs çağırışı edib.

Bununla bağlı səfirlik xüsusi açıqlama ilə çıxış edib.

Əlcəzair, Fransa, Almaniya, İtaliya, Hollandiya, İngiltərə və ABŞ-ın səfirləri, habelə Avropa Birliyinin diplomatik korpusu və Tunis hökuməti kovid-19 epidemiyasının bənzəri görünməyən sağlıq problemləri ilə mübarizə aparılmasına imkan vermək məqsədilə Liviyada dərhal atəşkəs elan olunmasına, silah və təchizatın dərhal dayandırılmasına çağırış ediblər.

Qeyd edək ki, indiyə qədər Liviyada kovid-19 virusuna rast gəlinməyib./teleqraf

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR