Gürcüstanda əhali koronavirus testindən keçirilə bilər

18.03.2020 15:57

Gürcüstanda bütün əhali koronavirus testindən keçirilə bilər.

Bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.

O bildirib ki, bu testlər yoluxmanı ilkin mərhələlərdə aşkar etməyə imkan verəcək.

Nazir bildirib ki, testlərin aparılması üçün Cənubi Koreyanın təcrübəsindən istifadə olunacaq və hazırda bu ölkə ilə, eləcə də Çinlə danışıqlar aparılır.

Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 38 nəfərin yoluxduğu təsdiq edilib.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR