ÜST qəzəbləndi: Koronavirusla zarafat edən ölkə...

18.03.2020 16:33

İngiltərənin koronavirusla mübarizəsi dünyanı təhdid edir. 1553 nəfərin virusa yoluxduğu, 55 nəfərin öldüyü İngiltərədə koronavirus epidemiya formasını alıb. Amma İngiltərə Baş naziri Boris Conson epidemiyaya görə fövqəladə vəziyyət elan edilməyəcəyini bəyan edib.

İngiltərə hökuməti küçəyə çıxmaq qadağası, məktəblərdə karantin elan etmək kimi sərt tədbirlərə əl atmayaraq xəstəliyin topluma yayılması və beləcə "sürü toxunulmazlığı” əldə etməyə çalışdığını elan edib.

Bu isə dünyada sərt formada tənqid edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedors Adhanom epidemiyanın qarşısını almaq üçün vaksinin tapılmasını, sosial izolyasiya, test və müalicə işlərinin tətbiq edilməsinin vacibliyini bəyan edib: "Harada olduğunu bilmədiyimiz bir şeylə savaşa bilməzsiniz. Ölkələrin xəstəliyin qarşısını almaq yerinə onu zarafata salmaq səhv və təhlükəlidir”.

ÜST-ün sabiq rəhbəri Antoni Kostello da sosial şəbəkədə İngiltərənin tətbiq etməyə hazırladığı "sürü toxunulmazlığı” metodubu tənqid edərək deyib ki, koronavirus qripə yol açan virus kimi asan mutasiya edə bilər./teleqraf

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR