Gələn həftədən bütün məktəblər BAĞLANACAQ - Koronavirus təhlükəsi

28.02.2020 11:12

Yaponiyada məktəblər bağlanır.

Buna səbəb yeni tip koronavirusun kütləvi hal almasıdır.

"Kyodo”nun xəbərinə görə, Baş nazir Şinzo Abe gələn həftənin bazar ertəsindən etibarən ölkə miqyasında bütün məktəb və liseylərin tətilə gedəcəyini bildirib.

Beləliklə, Yaponiyada mart ayının sonunda başlanacaq yaz tətilinə qədər məktəblər bağlı olacaq.

Yaponiya Təhsil Nazirliyi qərarın 34 min 847 məktəbdə oxuyan 12,8 milyon şagirdə şamil olunacağını açıqlayıb.

Qeyd edək ki, Yaponiyada koronavirusdan ölənlərin sayı 8-ə çatıb.

© xezerxeber.az


9222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR