İranın xanım vitse-prezidenti koronavirusa yoluxub

27.02.2020 20:10

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar da koronavirusa yoluxub.

AZƏRTAC İRNA dövlət xəbər agentliyinə istanadla xəbər verir ki, özündə narahatlıq və hərarət hiss edən xanım Ebtikar həkimə müraciət edib. Ondan götürülmüş qan analizinin nəticələrinə görə, vitse-prezident koronavirusa yoluxub. Dərhal karantinə alınan xanım vitse-prezidentin müalicəsinə başlanılıb.

Bundan başqa, İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə virusa yoluxaraq həyatını itirib.
Rəsmi məlumata görə, İranda 26 nəfər virus səbəbindən dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 300 nəfərə yaxındır.

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR