Bolqarıstan koronavirusla əlaqədar buzüstü xokkey üzrə yarışlara ev sahibliyindən imtina edib

27.02.2020 21:17

Bolqarıstanın Buzüstü Xokkey Federasiyası 18 yaşadək idmançılar arasında dünya çempionatının birinci divizionunun B qrupunun görüşlərinə ev sahibliyi etməkdən koronavirus təhlükəsi ilə əlaqədar imtina edib.

Bu barədə "Monitor” qəzeti xəbər verib.

Çempionatının birinci divizionunun B qrupunun görüşlərinin martın 23-29-da Sofiyada keçirilməsi planlaşdırılırdı. Təşkilatçılar Bolqarıstanda koronavirusla əlaqədar yaradılan qərargahın tövsiyələrini nəzərə alaraq belə bir qərar ediblər.
B qrupunda Avstraliya, Xorvatiya, Niderland, İspaniya, Bolqarıstan və Çin milləri yer alıblar. Proqrama əsasən bu qrupun oyunları fevral-mart aylarında Çində təşkil edilməli olsa da, koronavirus səbəbindən Bolqarıstana keçirilmişdi.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR