Rusiya koronavirusa görə İranla aviasiya əlaqəsini məhdudlaşdırır

27.02.2020 18:00

Rusiya koronavirusa görə fevralın 28-dən İranla aviasiya əlaqəsini məhdudlaşdırır.

İki ölkə arasında müntəzəm aviareysləri yalnız Rusiyanın "Aeroflot” və İranın "Mahan Air” şirkətləri həyata keçirəcək. Bu şirkətlərin təyyarələri Moskvadan İrana yalnız "Şeremetyevo” hava limanının koronovirusun aşkar edilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilmiş "F” terminalından uçacaq.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR