Litva hökuməti koronavirusa görə ölkədə fövqəladə vəziyyət elan edib

27.02.2020 16:58

Litvada koronavirusun yayılma təhlükəsinin qarşısını almaq məqsədilə Litva hökuməti fövqəladə vəziyyət elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Delfi” portalı məlumat yayıb.

Litva hökuməti bu səbəbə görə, Dövlət Fövqəladə Hallar Operativ Mərkəzini yaratmaq qərarına gəlib. Qeyd edilir ki, bu mərkəzə Səhiyyə naziri Aureliyus Veriqa rəhbərlik edəcək.
Səhiyyə nazirinin müavini Alqirdas Şemelqis COVID-19 virusuna yoluxanların sayının artması və Avropada yayılması faktını nəzərə alaraq, bu qərarın vacibliyini qeyd edib.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR