ÜST-ün mütəxəssisləri koronavirusla bağlı İrana səfər edəcəklər

26.02.2020 16:38

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusla bağlı vəziyyəti qiymətləndirmək üçün İrana səfər edəcəklər.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus fevralın 19-dan 26-na kimi Çində səfərdə olan təşkilatın nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, səfərin bu həftənin sonunda reallaşdırılması nəzərdə tutulub.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 139-a çatıb, 19 nəfər ölüb.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR