Putin İstanbula gəlməkdən imtina etdi – Sensasiya

25.02.2020 14:35

Rusiya Suriya məsələsində Fransa, Almaniya və Türkiyə ilə birgə zirvə toplantısı keçirməyi düşünmür.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə 4 lider arasında telefon danışıqları baş tutmuşdu. Danışıqların nəticəsi olaraq martın 5-də Almaniya, Fransa, Rusiya və Türkiyənin iştirakı ilə İstanbulda Suriya zirvə toplantısı keçiriləcəyi bildirilmişdi.

Bu gün isə Türkiyə lideri Ərdoğan Bakı səfəri öncəsi mediaya açıqlamasında Suriya ilə bağlı məsələnin müzakirəsi üçün Rusiyadan nümayəndə heyətinin 26 fevralda Türkiyəyə gələcəyini açıqlamışdı./axar.az

© xezerxeber.az


170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR