Prezident maska və gigiyenik məhsulların bahalaşması ilə bağlı xəbərdarlıq etdi - "Sui-istifadə etməyin"

25.02.2020 14:04

İran Prezidenti Həsən Ruhani ölkəsində yeni tip koronavirusun yayılması ilə bağlı açıqlama verib.

Prezident ölkəsində 16 nəfərin ölümünə səbəb olan yeni tip koronavirusu "dəvətsiz qonağa” bənzədib.

Paytaxt Tehranda magistral yolun açılış tədbirində çıxış edən Ruhani xalqının qorxuya düşməməsini və Səhiyyə Nazirliyinin təlimatlarına əməl etməsini dilə gətirib: "Korona "İnfluenza B” virusundan daha təhlükəli deyil. Biz onu aşdıq. Koronavirusun da öhdəsindən gələcəyik. Korona dəvətsiz qonaq kimi gəldi və bütün ölkələrə yayıldı”.

Virusdan qorunmaq üçün istifadə edilən gigiyenik məhsulların "qara bazar”a düşməsi ilə bağlı xəbərdarlıq edən Ruhani bildirib ki, kimsə bu olaydan xeyrinə istifadə etməməlidir: "Xalq həb, təmizlik suyu, dezinfeksiya gelləri və ya maskaya ehtiyac duyursa, bundan sui-istifadə etməməliyik. Xalqın çətin günləri üçün saxladığı pullara göz dikilməməlidir”./publika.az

© xezerxeber.az


643 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR