Koronavirus QƏRARI UZADILDI - İrandan ölkəyə giriş qadağandır

24.02.2020 11:52

İraq koronavirus ("Covid-2019”) epidemiyasının yayılmasına görə İrandan ölkəyə giriş qadağasının müddətini uzadıb.

Hökumətin qərarına əsasən, iranlılar daha 15 gün müddətində İraq ərazisinə daxil ola bilməyəcək.

İraq Sərhəd Keçid Heyətindən verilən yazılı açıqlamada qərarın Epidemiya ilə Mübarizə Qurumu və İraqdakı İran səfirliyi ilə aparılan danışıqlar nəticəsində qəbul edildiyi bildirilib. Qərar sadəcə diplomatik pasporta sahib şəxslərə şamil olunmayacaq.

İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusdan ölənlərin sayı 8-ə, yoluxanların sayı isə 43-ə çatıb. Qeyri-rəsmi məlumata görə, İranda minə yaxın insanda koronavirus şübhəsi var./publika.az

© xezerxeber.az


459 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR