Ukraynada döyüşlər qızışır: Ruslar hücuma keçdi

22.02.2020 17:56

Ukrayna Silahlı Qüvvələri ilə işğal edilmiş Donetsk bölgəsindəki separatçı ordu arasında döyüşlər davam edir.

Separatçı qüvvələr Ukrayna ordusunun mövqelərini atəşə məruz qoyub.

Hazırda iriçaplı silahlar və hərbi texnikaların iştirakı ilə Aleksandrovka və Maryinka istiqamətində döyüşlərin davam etdiyi bildirilib.

Gecə saatlarında rus separatçıların təmas xəttini keçmək cəhdlərinin qarşısı alınıb. Nəticədə separatçı ordunun bir hərbçisi həlak olub./teleqraf

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR