Putindən sonra Rusiyanı nələr gözləyir? – Ruslar qorxur...

21.02.2020 16:35

Ruslar Rusiya Prezidenti Vladimir Putinin vəzifədən gedəcəyi halda ilk növbədə müxtəlif siyasi qüvvələr arasında kəskin mübarizənin başlayacağından qorxur.

Bu məlumat Aleksey Çesnakovun rəhbəri olduğu Siyasi Konyuktura Mərkəzinin hesabatında yer alıb. Hesabatda rusiyalıların həmçinin milli layihələrin ləğvi və dövlətin sosial öhdəliklərinin azalmasından ehtiyat etdikləri vurğulanıb. Onları Rusiyanın dünyadakı avtoritetinin azalması və xarici siyasətdə məğlubiyyət təhdidi də narahat edir.

Rusiyalıları qayğılandıran başqa məqam Putindən sonra millətlərarası konfliktlərin və Qafqazda, eləcə də milli respublikalarda separatçı əhval-ruhiyyənin güclənməsidir.

Hesabatda Qafqazda hazırkı stabilliyin Putinlə Ramzan Kadırov arasındakı münasibətlərdən və federal büdcədən ayrılan vəsaitdən asılı olduğu bildirilib.

Putindən sonra yaranacaq risklər sırasına həmçinin ölkədəki iqtisadi situasiyanın pisləşməsi, müdafiə qabiliyyətinin azalması, oliqarxik revanşın mümkünlüyü və sərt vətəndaş müharibəsi, NATO ölkələri ilə müharibə ehtimalı da daxil edilib./axar.az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR