Rusiya dünən buna görə hücum etdi – Felgenhauerdən şok

19.02.2020 17:48

Zoloto ətrafındakı döyüşlər Ukraynaya hücum deyil, sadəcə, Kremlin Ukrayna Prezidenti Vladimir Zelenskiyə siyasi təzyiqidir.

Bu sözlər rusiyalı hərbi analitik Pavel Felgenhauerin "Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. O, Zelenskinin Donbas savaşının bitməsiylə bağlı verdiyi son bəyanatların Moskvanın xoşuna gəlmədiyini bildirib.

Felgenhauer bununla kimin situasiyanı nəzarətdə saxlamağa çalışdığını göstərdiyini söyləyib:

"Zoloto rayonundakı toqquşma kifayət qədər ciddidir, amma o, lokal xarakter daşıyır. Bu, Kiyevə və dünyaya edilən siyasi təzyiqdir. Kreml göstərdi ki, Zelenski Donbasdakı müharibəni bitirə bilməz. Yəni göstərməyə çalışırlar ki, bu onun gücündə deyil, müharibənin bitməsi haqqında Zelenskinin nə deməyindən asılı olmayaraq, Ukrayna Prezidenti situasiyaya nəzarət etmir”./axar.az

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR