Bill Qeyts Maskı məyus etdi: Həzz alıram...

19.02.2020 17:39

Amerikalı milyarder Bill Qeyts ilk elektrik avtomobilini alıb.

Qeyts "Porşe”nin elektrikli modeli "Taycan”a üstünlük verib.

Elektrik avtomobillərin ətraf mühitin çirklənməsi ilə mübarizədə önəmli rol oynadığını deyən milyarder bu sahədə Elon Maskın rəhbəri olduğu "Tesla” şirkətinin xüsusi diqqət çəkdiyini bildirib.

"Tesla”nı tərifləməsinə baxmayaraq, Qeytsin "Taycan”a üstünlük verməsi çoxlarını təəccübləndirib.

Bill Qeyts isə səbəbini belə izah edib:

"Bu model digər premiumlar kimi bahalı olsa da, çox möhtəşəmdir. Bu mənim aldığım ilk elektrik avtomobilidir və sürməkdən həzz alıram”.

Elon Maskın Bill Qeytsin bu qərarından məyus olduğu bildirilib./Axar.az

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR