İsraildə TARİXİ HADİSƏ - Mart ayında başlayır

19.02.2020 17:26

İsrailin Baş naziri Binyamin Netanyahu barədə məhkəmə prosesi mart ayının 17-də başlayacaq.

"Trthaber” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, prosesin parlament seçkilərindən iki həftə sonra başlanılması nəzərdə tutulub. Məhkəməyə Netanyahunun şəxsən qatılması tələb olunur. Qeyd edək ki, hökumət başçısı korrupsiya və səlahiyyətlərini aşmaq iddiaları ilə ittiham edilir.

İsrail tarixində ilk dəfə hakimiyyətdə olan Baş nazir məhkəməyə cəlb olunur.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR