Generaldan ŞOK HÜCUM: danışıqlara böyük zərbə

19.02.2020 16:32

Liviyada qiyamçı general Xəlifə Haftarın paytaxt Tripoliyə hücumundan sonra Liviya Milli Barışıq Hökuməti atəşkəs müzakirələrini dayandırıb.

LMBH-nin Səhiyyə Nazirliyi Haftar qüvvələrinin Tripoli limanına təşkil etdiyi hücum zamanı 3 dinc sakinin öldüyünü, 5-nin yaralandığını açıqlayıb.

Haftar ordusu ötən gün baş tutan 2 raketli hücum zamanı Türkiyəyə məxsus gəmini vurduğunu iddia edib.

Lakin bu iddia Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın tərəfindən təkzib olunub: "Zərbə uğursuz oldu, dərhal cavab verildi. Cavab atəşimizdən sonra vəziyyət stabilləşib”./publika.az

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR