Kilsəyə dəhşətli hücum: çox sayda ölü və yaralı var

17.02.2020 18:31

Burkina-Fasonun şimalındakı Yağa əyalətinin Pansi yaşayış məntəqəsində fəaliyyət göstərən protestant kilsəsi naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

RİA "Novosti” xəbər verir ki, ötən gün baş verən hadisədə 24 nəfər öldürülüb, 18 nəfər xəsarət alıb.

Bölgənin qubernatoru Sahel Salfo Kabore silahlıların hadisəni törədəndən sonra keşişi və bir neçə nəfəri girov götürdüyünü deyib.

Ölənlərin hamısı yerli əhalidir. Terrorçular qətliama başlamazdan əvvəl yerli xalqla gəlmələri bir-birindən ayırıb.

© xezerxeber.az


371 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR