Rusiya ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək

29.01.2020 15:57

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək.

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilərin məcburi qaydada daktiloskopiya prosedurundan keçməsini və tibbi arayış təqdim etməsini planlaşdırır.

Bu barədə DİN-in Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər xəstəliklərin yayılması ilə əlaqədardır.

Hazırda Rusiyaya işləmək və ya bu ölkədə müvəqqəti yaşamaq hüququ, eləcə də Rusiya vətəndaşlığı almaq istəyən şəxslər tibbi arayış təqdim edirlər.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

21.02.2020 15:02

Frankfurtda 5 qol - VİDEO

ÇOX OXUNANLAR