Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qorxunc epidemiya: Sürətlə bütün dünyaya yayılır - Şok statistika

29.01.2020 15:08

Çində yayılan koronavirus epidemiyası 132 nəfərin həyatına son qoyub, virus daşıyıcılarının sayı 5974 nəfərə çatıb.

Virusa yoluxanlardan 239 nəfərin vəziyyəti ağırdır.

Virusa yoluxan insanlarla hər hansı bir təmasda olmaq səbəbindən müşahidə altına alınanların sayı 59 min 990-a yüksəlib. Honkonq Xüsusi İnzibati Bölgəsində virusa yoluxanların sayı 8-ə, Çindən kənarda - Makao Xüsusi İnzibati Bölgəsində isə 7-yə çatıb.

"Ölkə miqyaslı yeni tip koronavirusun yayılması halları” platformasının məlumatlarına görə, Tailandda 14, Yaponiyada 7, Sinqapurda 5, ABŞ-da 5, Avstraliya, Fransa, Almaniya və Cənubi Koreyada 4, Malaziyada 3, Vyetnamda 2, Nepalda, Kanada, Kamboca və Şri Lankada 1 nəfər epidemiyaya yoluxub.

Koronavirusun yeni növü ilk dəfə dekabrın 12-də Vuhan şəhərində aşkar edilib. Vuhan Bələdiyyə Sağlamlıq Komissiyası 31 dekabr tarixində şəhərdəki Huanan Dəniz Məhsulları Bazarı ilə əlaqə quran 27 nəfərin xəstəlik daşıyıcısı olduğunu aşkarlayaraq bazarı bağlayıb.

22 yanvardan etibarən Vuahan vilayəti də daxil olmaqla Hubeyə qədər 17 böyük və kiçik şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb./teleqraf

© xezerxeber.az


1350 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR