Bu Avropa ölkəsində ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi

29.01.2020 11:26

Yunanıstanın cənub sahillərində rixter cədvəli üzrə 5,5 bal gücündə zəlzələ baş verib.

Anadolu agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Aralıq dənizində yerin 25 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların 5,8 bal gücündə olduğunu qeyd edib. Zəlzələ Türkiyənin Muğla vilayətində də hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, son günlər həmin bölgədə güclü seysmik fəallıq müşahidə edilir./publika.az

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

21.02.2020 15:02

Frankfurtda 5 qol - VİDEO

ÇOX OXUNANLAR